Sandu Moldovada keçirilən prezident seçkilərində qalib gəldi

Dünya

04.11.2024 - 07:51

Həkimlər Klinikalar SEO Xidməti

“Biz birlikdə birliyimizin gücünü, demokratiyanı və ləyaqətli gələcəyə sadiqliyimizi nümayiş etdirdik”

Moldovanın hazırkı Prezidenti Maya Sandu ölkədə keçirilən prezident seçkilərinin ikinci turunda qalib gəlib. AYNA xəbər verir ki, bu barədə Prezident “X” sosial şəbəkəsindəki səhifəsində yazıb.

“Moldova, bu gün qalib gəldin. Biz birlikdə birliyimizin gücünü, demokratiyanı və ləyaqətli gələcəyə sadiqliyimizi nümayiş etdirdik”, Sandu yazıb.

Prezident həmçinin “evdə və xaricdə” bütün moldovalılara səsvermədə iştirak etdiklərinə görə təşəkkür edib və onlara “xidmət etməkdən” şərəf duyduğunu qeyd edib.

Moldova Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatına görə, protokolların 97 faizi sayıldıqdan sonra Sandunun 53,53 faiz səs topladığı məlum olub.

Öz növbəsində seçicilərin 46,47 faizi ölkənin keçmiş baş prokuroru Aleksandr Stoyanoqloya səs verib.

Bundan əvvəl Moldova daxilində keçirilən seçkilərdə bütün səslər hesablandıqdan sonra müxalifətin namizədi Aleksandr Stoyanoqlo qalib gəlmişdi. O, yerli səslərin 51,19 faizini qazanmışdı. Lakin xarici seçki məntəqələrində səslərin hesablanması nəticəsində Sandu qalib gəlib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş