Sanatoriyada meyit aşkarlanıb

Xəbərlər

24.11.2025 - 22:54

Meyit Naftalan şəhərində yerləşən "Sağlamlıq " sanatoriyasında aşkar edilib

Naftalan sanatoriyadan 66 yaşlı kişinin meyiti aşkarlanıb. AYNA.AZ APA-ya istinadən bildirir ki, meyit Naftalan şəhərində yerləşən "Sağlamlıq " sanatoriyasında aşkar edilib.

Meyiti tapılan şəxsin Zaqatala rayon sakini 1959-cu il təvəllüdlü İ.Murtuzov olduğu məlum olub.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. İlkin ehtimala görə, sanatoriyaya istirahətə gələn İ.Murtuzov ürək tutmasından dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş