Şamil Əmirov Türkiyədə saxlanılıb

Dünya

03.12.2023 - 12:52

Həkimlər Klinikalar SEO Xidməti

Türkiyə hakimiyyəti Rusiyanın mütəşəkkil cinayətkar qruplaşmasının liderini saxlayıb

Türkiyə hakimiyyəti Rusiyada fəaliyyət göstərdiyi iddia edilən mütəşəkkil cinayətkar qruplaşmanın liderlərindən biri Şamil Əmirovun saxlanıldığını açıqlayıb.

AYNA Türkiyə mediasına istinadən bildirir ki, “Kafes-15” əməliyyatı nəticəsində Rusiya Federasiyasında fəaliyyət göstərən “Qanuni oğrular” mütəşəkkil cinayətkar dəstəsinin rəhbərlərindən biri Şamil Əmirov yaşadığı İstanbulun Sarıyer rayonunda saxlanılıb.

Türkiyənin daxili işlər naziri Əli Erlikaya sosial şəbəkə hesabında bu barədə yazıb. Nazir əlavə edib ki, Əmirov dələduzluqda ittiham olunaraq İnterpol xətti ilə axtarışa verilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş