Salyanda avtomobil su kanalına aşıb, ölən və xəsarət alan var

Xəbərlər

08.12.2021 - 22:57

Həkimlər Klinikalar SEO Xidməti

Yaralı Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib

Salyanda ölüm və xəsarətlə nəticələnən yol qəzası baş verib.

AYNA-nın "Report"a istinadən məlumatına görə, hadisə Seyidsadıqlı kəndində qeydə alınıb. Belə ki, “VAZ-2107” markalı avtomobil idarəetmədən çıxaraq su kanalına aşıb. Qəza nəticəsində bir nəfər (şəxsiyyəti dəqiqləşdirilir-red) ölüb, rayonun Şorsulu kənd sakini, 1986-cı il təvəllüdlü Rzayev Alim Əzizağa oğlu isə xəsarət alıb.

Yaralı Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş