Bakıda silahlı şəxs saxlanılıb

Hadisə

09.08.2019 - 22:58

“TOZ-8” markalı tüfəng və altı ədəd patron götürülüb
 
Paytaxt sakinindən tüfəng və altı ədəd patron götürülüb. AYNA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.
 
Nəsimi rayon Polis İdarəsinin əməkdaşları tərəfindən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş R.Muradovdan lüləsi və qundağı kəsilib, nömrəsi silinmiş “TOZ-8” markalı tüfəng və altı ədəd patron götürülüb.
Müəllif: Ayna.az