Sakurajima vulkanı yenidən püskürüb

Dünya

24.07.2022 - 23:34

Həkimlər Klinikalar SEO Xidməti

Vulkanik süxurlar kraterdən 2,5 km radiusda səpələnib

Yaponiyanın cənub-qərbində, Kyuşi adasındakı Sakurajima vulkanı yenidən püskürməyə başlayıb. AYNA xarici mediaya istinadən bildirir ki, püskürmə nəticəsində vulkanik süxurlar kraterdən 2,5 km radiusda səpələnib. Ərazidə təhlükə səviyyəsi maksimuma yüksəlib.

Yaponiya Milli Meteorologiya İdarəsinin yaydığı məlumatda vulkan zonasında beş ballıq şkala üzrə üçüncü təhlükə səviyyəsinin olduğu bildirilir. Görüntülərdə Sakurajima kraterindən qalın tüstü çıxır. Püskürmənin nəticələri və tələfat barədə hələlik məlumat verilməyib.

Qeyd edək ki, Sakurajima Yaponiyanın ən aktiv vulkanlarından biridir. Hündürlüyü təxminən 1,1 min metr olan dağda müntəzəm olaraq püskürmələr baş verir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş