Şahin Mustafayev Moskvada Overçukla görüşüb

Xəbərlər

03.05.2024 - 17:50

cedabet dərman SEO Xidməti

Ticarət-iqtisadi əməkdaşlıq müzakirə edilib

Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev Rusiya Baş nazirinin müavini Aleksey Overçuk ilə Moskvada görüşüb.

AYNA APA-ya istinadən xəbər verir ki, danışıqlar zamanı Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın gündəliyinə daxil edilmiş ikitərəfli ticarət-iqtisadi əməkdaşlığın cari məsələləri müzakirə edilib.

Tərəflər ticarət-iqtisadi, sənaye, enerji, nəqliyyat, kənd təsərrüfatı, maliyyə, səhiyyə, mədəniyyət, elm, regionlararası əməkdaşlıq, təhsil və turizm sahələrində əməkdaşlığın inkişafına xüsusi diqqət yetiriblər.

Hökumətlərarası komissiyanın həmsədrləri əməkdaşlığın bütün sahələrində Rusiya-Azərbaycan əlaqələrinin möhkəmləndirilməsinə yönəlmiş konstruktiv dialoqu davam etdirməyə hazır olduqlarını təsdiqləyiblər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş