Şahin Babayev AZAL-ın Müşahidə Şurasının üzvü təyin olunub

Xəbərlər

22.08.2025 - 12:08

Vüqar Mirzəzadə və Taylan Tekeli isə Şuranın üzvləri təyin ediliblər

“Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin Müşahidə Şurasının üzvləri dəyişib.

AYNA.AZ xəbər verir ki, Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) icraçı direktoru Şahin Babayev, AZCON-un icraçı direktorunun müavini Vüqar Mirzəzadə, AZCON-un maliyyə departamentinin direktoru Taylan Tekeli Şuranın üzvləri təyin ediliblər.

Qeyd edək ki, qurumun Müşahidə Şurasının sədri rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevdir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş