Sahibə Qafarova COP30-un Liderlər Sammitinin açılışında iştirak edib

Xəbərlər

07.11.2025 - 00:56

Mərasimdə Braziliya Prezidenti, BMT-nin Baş katibi və bir sıra ölkələrin prezidentləri və baş nazirləri çıxış ediblər

Braziliya Federativ Respublikasının Belem şəhərində işgüzar səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova bu gün BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 30-cu sessiyası çərçivəsində Liderlər Sammitində iştirak edib. AYNA.AZ xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat Xidmətindən bildirilib.

Qeyd olunub ki, Braziliya Federativ Respublikasının xarici işlər naziri Mauro Vieyra Mavi Zonada Azərbaycan Parlamentinin spikerini salamlayıb.

Sonra COP30-un Liderlər Sammitinin açılış mərasimi keçirilib. Mərasimdə Braziliya Prezidenti Luis İnasio Lula da Silva, BMT-nin Baş katibi Antonio Quterreş və bir sıra digər ölkələrin prezidentləri və baş nazirləri çıxış ediblər.

Qeyd edək ki, COP30-da bir çox ölkələrin dövlət və hökumət başçıları, nazirlər və beynəlxalq təşkilatların rəhbərləri iqlim dəyişikliyi ilə bağlı aktual problemləri və öhdəlikləri müzakirə etmək üçün bir araya gəlirlər. Azərbaycanı bu tədbirdə Milli Məclisin sədri Sahibə Qafarovanın başçılıq etdiyi nümayəndə heyəti təmsil edir. Azərbaycan parlamenti spikerinin Sammitdə çıxışı nəzərdə tutulur.

Sahibə Qafarova COP30-un Liderlər Sammitinin açılışında iştirak edib Sahibə Qafarova COP30-un Liderlər Sammitinin açılışında iştirak edib
Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş