Pakistanın Baş nazirinin səfəri 2026-cı ilin birinci rübündə planlaşdırılır
Pakistanın Baş naziri Şahbaz Şərifin Rusiyaya səfəri 2026-cı ilin birinci rübündə planlaşdırılır. AYNA.AZ rus mediasına istinadən bildirir ki, bu barədə Pakistanın Moskvadakı yeni səfiri Feysəl Niyaz Tirmizi Federasiya Şurasının sədr müavini Konstantin Kosaçev ilə görüşündə deyib.
O bildirib ki, "Baş nazirin 2026-cı ilin birinci rübündə baş tutacaq Rusiya Federasiyasına səfəri üzərində işləyirik".
Yeni səfir qeyd edib ki, artıq iki həftədir Rusiyadadır, Samara və Kaluqaya səfər edib və bu gün Kazana yola düşəcək.