Şabranda doğuş zamanı ana və körpəsi ölüb

Hadisə

12.03.2024 - 21:13

Doğuş zamanı ölüm faktı qeydə alınıb

Şabranda doğuş zamanı ana və körpəsi ölüb. AYNA-nın "Report"a istinadən məlumatına görə, hadisə Şabran Rayon Mərkəzi Xəstəxanasında qeydə alınıb.

Belə ki, rayon sakini, 1987-ci il təvəllüdlü Qasımova Nailə Əlihüseyn qızı körpəsi ilə birgə doğuş zamanı dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az