Gömrükdən 2 milyon manatlıq faktla bağlı açıqlama

Hadisə

20.09.2019 - 15:57

Hadisə yerindən 3 ədəd "qara" mühasibatlıq kitabçaları və digər əlyazmalar aşkar edilərək götürülüb

 

Dövlət Gömrük Komitəsi (DGK) 2 milyon manat dəyərində dərman preparatlarının aşkarlanması ilə bağlı yeni məlumat yayıb. Qurumun Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AYNA-ya verilən məlumatda deyilir:

 

“Xəbər verdiyimiz kimi, bir neçə gün bundan öncə Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinə daxil olmuş məlumat əsasında gömrükçülər Gürcüstandan külli miqdarda, 2 milyon manat dəyərində dərman preparatlarının yük-nəqliyyat vasitəsində sənədlərdə qeyd olunmamaqla qanunsuz yolla ölkəyə gətirilməsinin qarşısını alıb.

Ayna.az