Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək
Şabran rayonunun Zeyvə kəndi ərazisində ağackəsmə faktı ilə bağlı Rayon Polis Şöbəsində prosessual araşdırmalara başlanılıb. Bu barədə AYNA.AZ-a Daxili İşlər Nazirliyindən (DİN) bildirilib.
Qeyd olunub ki, araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək.