Sabirabadda tibb məntəqəsinin tavanı yanıb

Xəbərlər

31.01.2024 - 17:32

Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb

Sabirabad rayonunun Bala Həşimxanlı kəndində tibb məntəqəsi yanıb. AYNA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, Səhiyyə Nazirliyinə məxsus ümumi sahəsi 50 kvadratmetr olan birmərtəbəli kənd tibb məntəqəsinin tavanının qamışdan ibarət örtüyü dörd kvadratmetr sahədə yanıb. Tibb məntəqəsinin qalan hissəsi yanğından mühafizə olunub.

Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş