Sabir Rüstəmxanlı yenidən sədr seçildi

Xəbərlər

14.02.2021 - 18:11

VHP-nin onlayn Qurultayı baş tutub

 

Bu gün Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) növbəti Qurultayı keçirilib. Bu barədə AYNA-ya partiyanın Mətbuat Xidmətindən bildirilib.

 

Qeyd olunub ki, ölkədəki pandemiya şərtlərinə uyğun olaraq VHP-nin VIII Qurultayı onlayn qaydada təşkil edilib. Qurultayda VHP-nin 76 bölgə və Naxçıvan Muxtar Respublikası təşkilatından 400 nümayəndə iştirak edib.

 

Qurultayda partiyanın qurultaylararası dövrdə fəaliyyəti, ölkədəki ictimai siyasi durumun müzakirə edilib və nizamnaməyə uyğun olaraq təşkilati məsələlərə baxılıb.

 

Daha sonra seçkilər keçirilib. Deputat Sabir Rüstəmxanlı yenidən partiyanın sədri seçilib.

Müəllif: Ayna.az