Sabiq müstəntiq vətəndaşdan rüşvət alıb?

Xəbərlər

16.04.2021 - 16:18

Baş Prokurorluq yayılan məlumatları təkzib edib

 

“Bəzi kütləvi informasiya vasitələrində vətəndaş Kamal Kamilovun Binəqədi Rayon Polis İdarəsinin sabiq müstəntiqi Tural Aslanova rüşvət verməsi barədə müraciətinin prokurorluq orqanları tərəfindən araşdırılmaması barədə məlumatlar yayılıb”. AYNA xəbər verir ki, bu sözlər Baş Prokurorluğun Mətbuat Xidmətinin açıqlamasında əksini tapıb.

 

Məlumatda bu məlumat təkzib olunmaqla yanaşı, bildirilir ki, Kamal Kamilovun qeyd edilən müraciəti üzrə Bakı şəhərinin Binəqədi Rayon Prokurorluğu tərəfindən araşdırma aparılıb və müraciətdə göstərilən xüsusatlar öz təsdiqini tapmadığından 2020-ci il iyulun 4-də cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul olunub. Həmin qərar barədə Kamal Kamilov məlumatlandırılmaqla ona qərardan şikayət vermək hüquqları izah edilib.

 

Bununla yanaşı, bildirilir ki, Kamil Kamilovun oğlu İsmət Kamilovun təqsirləndirildiyi cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib və məhkəmə tərəfindən ittiham hökmü çıxarılıb.

Müəllif: Ayna.az