Sabahın havası: yağış yağacaq

Xəbərlər

23.09.2024 - 14:16

cedabet dərman SEO Xidməti

Dağlıq ərazilərdə dolu düşəcək

Azərbaycanda sentyabrın 24-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən AYNA-ya verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi günün ikinci yarısında arabir güclənəcək.

Gecə 16-19° isti, gündüz 23-27° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-80 %, gündüz 50-55 % olacaq.

Rayonlarda bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var. Axşama doğru əksər rayonlarda yağıntıda fasilə olacaq. Gecə və səhər bəzi dağlıq rayonlarda duman olacaq. Mülayim qərb küləyi əsəcək. Gecə 15-19° isti, gündüz 25-30° isti, dağlarda gecə 6-11° isti, gündüz 12-17° isti olacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş