Sabahın havası: gecə Bakıda 4 dərəcə şaxta olacaq

Xəbərlər

14.01.2024 - 18:05

Rayonlara qar yağacağı gözlənilir

Azərbaycanda yanvarın 15-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən AYNA-ya verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Lakin gecə və səhər bəzi yerlərdə qısamüddətli yağıntılı olacağı ehtimalı var. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 0-4° şaxta, gündüz 2-5° isti olacaq.

Rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı ehtimalı var. Arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək. Gecə 2-7° şaxta, gündüz 1-6° isti olacaq, dağlarda gecə 13-18° şaxta, gündüz 3-8° şaxta olacaq.

Gecə və səhər yolların buz bağlayacağı ehtimalı var.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş