Sabahın havası: 20 dərəcə isti olacaq

Xəbərlər

25.11.2025 - 13:54

Bakıda və bölgələrdə havanın yağmursuz keçəcəyi gözlənilir

Noyabrın 26-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən AYNA.AZ-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şimal-qərb küləyi əsəcək.

Gecə 10-13, gündüz 15-18 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yuxarı 766 mm civə sütunu, nisbi rütubət gecə 80-85 %, gündüz 65-70 % təşkil edəcək.

Rayonlarda havanın əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə arabir duman olacağı gözlənilir. Şərq küləyi əsəcək. Gecə 2-7, gündüz 15-20, dağlarda gecə 2-7, gündüz 13-18 dərəcə isti olacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş