Bəzi rayonlarda şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir
Sabahın hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyin in Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, mayın 2-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Gecəyə doğru bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Səhər saatlarında duman olacaq, mülayim cənub küləyi əsəcək.
Havanın temperaturu Abşeronda gecə 10-13° isti, gündüz 18-22° isti, Bakıda gecə 11-13° isti, gündüz 19-21° isti olacaq.
Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək.
Nisbi rütubət gecə 70-80 %, gündüz 40-45 % olacaq.
Tibbi-meteoroloji proqnoz:
Mayın 2-də Bakıda və Abşeron yarımadasında temperaturun iqlim norması daxilində olacağı gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər saatlarında duman olacq, şərq küləyi əsəcək
Havanın temperaturu gecə 8-13° isti, gündüz 20-25° isti, dağlarda gecə 3-8° isti, gündüz 10-15° isti olacaq.