Sabahın hava proqnozu açıqlanıb

Xəbərlər

26.02.2026 - 14:26

Bakıda və bölgələrdə hava yağıntılı olacaq

Fevralın 27-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən AYNA.AZ-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Səhər bəzi yerlərdə az çiskinli, axşam isə yağıntılı olacağı, gecəyə doğru intensivləşəcəyi ehtimalı var. Şimal-şərq küləyi gündüz bəzi yerlərdə arabir güclənəcək.

Gecə 3-5° isti, gündüz 6-8° isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunu olacaq. Nisbi rütubət 75-85 % olacaq.

Rayonlarda hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensivəşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək. Gecə 3-6° isti, gündüz 6-10° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 0-3° şaxta olacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş