Bakıda 25, bölgələrdə 26 dərəcə isti gözlənilir
Sentyabrın 15-nə gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən AYNA.AZ-a bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin 14-dən 15-nə keçən gecə bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimal olunur. Mülayim şimal-qərb küləyi səhər şimal-şərq küləyi ilə əvəz olunacaq.
Gecə 16-18° isti, gündüz 22-25° isti olacaq. Atmosfer təzyiqi 769 mm civə sütunundan 766 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 40-45 % olacaq.
Rayonlarda bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Gündüz əksər rayonlarda yağıntılar tədricən kəsiləcək. Gecə və səhər bəzi yerlərdə duman. Mülayim şərq küləyi əsəcək. Gecə 15-19° isti, gündüz 21-26° isti, dağlarda gecə 2-6° isti, gündüz 7-12° isti olacaq.