Sabahın hava proqnozu açıqlanıb

Xəbərlər

23.08.2025 - 17:15

Bakıda 34, bölgələrdə 38 dərəcə isti gözlənilir

Avqustun 24-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən AYNA.AZ-a bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz olacaq. Mülayim cənub-şərq küləyi əsəcək.

Gecə 21-24° isti, gündüz 29-34° isti olacaq. Atmosfer təzyiqi 756 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 45-50 % olacaq.

Rayonlarda hava şəraiti əsasən yağmursuz olacaq. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək. Gecə 19-23° isti, gündüz 33-38° isti, dağlarda gecə 11-16° isti, gündüz 22-27° isti olacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş