Sabahın hava proqnozu açıqlanıb

Xəbərlər

19.08.2024 - 14:43

cedabet dərman SEO Xidməti

Bakıda və rayonlarda havanın əsasən yağmursuz keçəcəyi gözlənilir

Avqustun 20-də Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən AYNA-ya verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.

Gecə 21-26° isti, gündüz 31-36° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 65-75 %, gündüz 40-50 % olacaq.

Rayonlarda havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə arabir yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər arabir duman olacaq. Şərq küləyi küləyi əsəcək. Gecə 20-25° isti, gündüz 31-36° isti, dağlarda gecə 11-16° isti, gündüz 17-22° isti olacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş