Sabahın hava proqnozu açıqlanıb

Xəbərlər

25.07.2024 - 14:46

cedabet dərman SEO Xidməti

Bölgələrdə leysan yağacaq

Azərbaycanda iyulun 26-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən AYNA-ya verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək.

Gecə 20-25° isti, gündüz 29-34° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 754 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-80 %, gündüz 50-60 % olacaq.

Rayonlarda bəzi yerlərdə arabir leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Axşama doğru əksər rayonlarda yağıntılar tədricən kəsiləcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Gecə 19-24° isti, gündüz 30-35° isti, dağlarda gecə 12-17° isti, gündüz 18-23° isti olacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş