Sabahın hava proqnozu açıqlanıb

Xəbərlər

10.04.2024 - 13:46

cedabet dərman SEO Xidməti

Bəzi yerlərdə yağış yağacaq, külək əsəcək

Aprelin 11-də Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən AYNA-ya verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Lakin gecə bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Gecə 7-12° isti, gündüz 12-17° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 50-55% olacaq.

Rayonlarda hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Axşam tədricən kəsiləcək. Bəzi yerlərdə arabir duman. Arabir güclənən qərb küləyi əsəcək. Gecə 8-13° isti, gündüz 15-20° isti, dağlarda gecə 0-4° isti, gündüz 4-8° isti olacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş