Sabahın hava proqnozu açıqlanıb

Xəbərlər

04.02.2024 - 15:41

Bakıda hava küləkli olacaq, dağlıq rayonlara qar yağacaq

Sabah Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən AYNA-ya verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub-qərb küləyi gündüz arabir güclənəcək. Gecə 2-5° isti, gündüz 10-15° isti olacaq.

Azərbaycanda hava şəraiti əksər rayonlarda əsasən yağmursuz olacaq. Lakin bəzi dağlıq ərazilərdə arabir yağıntılı olacağı, qar yağacağı ehtimalı var. Arabir duman olacaq. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Gecə 0-5° isti, gündüz 11-16° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş