Sabahın hava proqnozu

Xəbərlər

13.06.2025 - 13:36

cedabet dərman SEO Xidməti

Temperatur 37 dərəcəyə yüksələcək

İyunun 14-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən AYNA.AZ-a bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.

Gecə 20-22° isti, gündüz 29-34° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunundan 756 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 50-55 % olacaq.

Əksər rayonlarda havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüzdən bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman olacaq. Mülayim şərq küləyi bir sıra ərazilərdə arabir güclənəcək. Gecə 18-22° isti, gündüz 32-37° isti, dağlarda gecə 9-14° isti, gündüz 17-22° isti olacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş