Bakıda 9, rayonlarda 11 dərəcə isti gözlənilir
Azərbaycanda yanvarın 16-na gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən AYNA-ya verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Axşama doğru yağış tədricən kəsiləcək.
Cənub-şərq küləyi gündüz şimal-qərb küləyi ilə əvəz olunacaq. Gecə 3-6° isti, gündüz 6-9° isti olacaq. Atmosfer təzyiqi 768 millimetr civə sütunu təşkil edəcək. Nisbi rütubət 70-80 faiz olacaq.
Rayonlarda hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi şərq rayonlarında, gündüzdən isə əksər yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi gündüz bəzi yerlərdə arabir güclənəcək. Gecə 1-6° isti, gündüz 6-11° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 0-5° isti olacaq.