Sabahın hava proqnozu

Xəbərlər

11.10.2024 - 14:31

cedabet dərman SEO Xidməti

Bakıda yağış yağacaq, bölgələrdə dolu düşəcək

Oktyabrın 12-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən AYNA-ya verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Yarımadanın ayrı-ayrı yerlərində intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var. Axşam tədricən kəsiləcək. Şimal-şərq küləyi əsəcək.

Gecə 15-18° isti, gündüz 19-23° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 75-85 %, gündüz 60-65 % olacaq.

Rayonlarda bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv və güclü olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər arabir duman olacaq. Mülayim qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Gecə 11-16° isti, gündüz 20-25° isti, dağlarda gecə 3-8° isti, gündüz 10-15° isti olacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş