Sabahın hava proqnozu

Xəbərlər

12.08.2024 - 15:18

cedabet dərman SEO Xidməti

Bakı və Abşeronda 35 dərəcə isti olacaq

Azərbaycanda avqustun 13-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometerologiya Xidmətindən APA-ya verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.

Gecə 20-25° isti, gündüz 30-35° isti olacaq. Atmosfer təzyiqi 755 mm-dən 758 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 50-60 % olacaq.

Rayonlarda bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Əsasən dağlıq və dağətəyi rayonlarda leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək. Gecə 20-25° isti, gündüz 28-33° isti, dağlarda gecə 11-16° isti, gündüz 20-25° isti olacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş