Sabahın hava proqnozu

Xəbərlər

13.03.2024 - 14:39

Bakıda 12, rayonlarda 15 dərəcə isti gözlənilir

Martın 14-də Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən AYNA-ya verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə az yağıntılı olacağı ehtimalı var. Cənub-şərq küləyi gündüz bəzi yerlərdə arabir güclənəcək.

Gecə 4-7 dərəcə isti, gündüz 8-12 dərəcə isti olacaq. Atmosfer təzyiqi 771 mm civə sütunundan 766 mm civə sütununa enəcək. Nisbi rütubət 65-75% olacaq.

Rayonlarda bəzi yerlərdə havanın arabir yağıntılı olacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Gecə və səhər arabir duman olacaq. Şərq küləyi bəzi şərq rayonlarında arabir güclənəcək. Gecə 1-6 dərəcə isti, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 1-6 dərəcə isti olacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş