Sabahın hava proqnozu

Xəbərlər

20.05.2021 - 13:49

Həkimlər Klinikalar SEO Xidməti

Bakıda 30 dərəcəyə yaxın isti olacaq

 

Azərbaycanda mayın 21-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən AYNA-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək.

 

Havanın temperaturu Abşeron yarımadasında gecə 15-19, gündüz 25-30, Bakıda gecə 17-19, gündüz 27-29 dərəcə isti olacaq. Atmosfer təzyiqi  762 mm civə sütunundan 758 mm civə sütununa enəcək, nisbi rütubət gecə 60-70, gündüz 40-45 faiz olacaq.

 

Rayonlarda hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq, mülayim şərq küləyi əsəcək.

 

Havanın temperaturu gecə 15-20, gündüz 31-36, dağlarda gecə 11-16, gündüz  20-25 dərəcə isti olacaq.

 

Tibbi-meteoroloji proqnoza gəlincə, sabah Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir. 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş