Baş nazir Nazirlər Kabinetinin iclasını keçirəcək: “Bütün əziz girovlarımızı evə gətirəcəyəm"
İsrailin Baş naziri Benyamin Netanyahu Qəzza zolağında atəşkəsin birinci mərhələsi ilə bağlı razılaşmanı təsdiqləmək üçün Nazirlər Kabinetinin iclasını keçirəcək. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu barədə Netanyahunun ofisi məlumat yayıb.
"Bu, İsrail üçün əla gündür. Sabah sazişi təsdiqləmək üçün Nazirlər Kabinetinin iclasını çağıracağam və bütün əziz girovlarımızı evə gətirəcəyəm", - ofisin yaydığı məlumatda Netanyahu bildirib.