Sabah Hakan Fidan Azərbaycana gələcək

Xəbərlər

17.01.2025 - 16:17

Həkimlər Klinikalar SEO Xidməti

Azərbaycan-Ermənistan sülh prosesi, Suriya, Qəzza və Ukraynadakı proseslərə dair fikir mübadiləsi aparacağı gözlənilir

Türkiyə xarici işlər naziri Hakan Fidan sabah Azərbaycana işgüzar səfər edəcək. AYNA-nın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Xarici işlər naziri Fidan həmkarı Ceyhun Bayramovla yaxın regiona və qlobal məsələlərə, o cümlədən Azərbaycan-Ermənistan sülh prosesi, Suriya, Qəzza və Ukraynadakı proseslərə dair fikir mübadiləsi aparacağı gözlənilir.

Səfər çərçivəsində xarici işlər naziri Fidan Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən də qəbul olunacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş