Sabah deputatların məzuniyyəti başa çatır

Xəbərlər

14.01.2024 - 15:52

Fevralın 1-dək olan müddətdə parlamentin komitələrinin iclasları keçiriləcək

Sabah Milli Məclisin deputatlarının məzuniyyəti başa çatır. AYNA xəbər verir ki, Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, Milli Məclis yanvar ayının 1-dən 15-dək tətilə buraxılır.

Tətil dövründə Milli Məclisin deputatları məzuniyyətdə sayılırlar.

Qeyd edək ki, Milli Məclisin yaz sessiyası fevralın 1-də başlayır və mayın 31-dək davam edir. Beləliklə, fevralın 1-dək olan müddətdə parlamentin komitələrinin iclasları keçiriləcək, komitələrin İş planları qəbul ediləcək, daxil olan qanun layihələri müzakirə edilərək plenar iclasa tövsiyə olunacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş