Paytaxtın küçə və prospektləri dezinfeksiya ediləcək
Sabah səhər saatlarından etibarən Bakının mərkəzindəki və qəsəbələrindəki 300-ə yaxın əsas küçə, prospekt və yolda xüsusi kimyəvi maddələrlə növbəti dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaq.
Bu barədə AYNA-ya Bakı Şəhər İcra Hakimiyyətindən məlumat verilib. Xəbərdə bildirilir ki, maddələrin qəbul edilmiş müəyyən toksikliyini nəzərə alaraq sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə mayın 16-da küçəyə çıxmamaq xahiş olunur.