Sabah Azərbaycanda bələdiyyə seçkiləri keçiriləcək

Xəbərlər

28.01.2025 - 15:27

Həkimlər Klinikalar SEO Xidməti

8071 bələdiyyə üzvü seçiləcək: seçicilər 5 846 məntəqədə səs verəcəklər

Sabah Azərbaycanda 685 bələdiyyəyə 8 071 bələdiyyə üzvü seçiləcək. AYNA xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasında (MSK) keçirilən mətbuat konfransında qurumun sədri Məzahir Pənahov deyib.

“Seçicilər 5 846 məntəqədə səs verəcəklər. Ümumilikdə 118 seçki dairəsi hüdudları çərçivəsində 685 bələdiyyə var. 125 seçki dairəsindən 7-si tamamilə məcburi köçkün dairələridir ki, onlar bu seçkilərdə iştirak etmir”, - deyə Pənahov bildirib.

MSK sədri qeyd edib ki, 5734 məntəqə daimi, 112 məntəqə isə müvəqqətidir: “5846 məntəqədə seçicilərin səs verməsi üçün bütün addımlar atılıb. Seçkilərin keçirilməsinə məsul olan orqanlar işin öhdəsindən yüksək səviyyədə gəlib”.

Seçkiləri 70 mindən çox yerli müşahidəçinin izləyəcəyini deyən MSK sədri qeyd edib ki, seçkilərin keçirilməsində məsuliyyəti olan dövlət qurumlarını maarifləndirmə tədbirlərinə cəlb edirlər: “Bu praktika özünü doğruldub. Beynəlxalq təşkilatlar da buna yüksək qiymət verib. Səsvermə prosesində pozuntuların olmaması üçün həmin qurumların çox böyük rolu var. Məsul olan tərəflər öz fəaliyyətini ancaq Məcəllənin tələbinə uyğun qurmalıdır. Demokratik, şəffaf seçkilərin keçirilməsində atılacaq addımların ideala yaxın səviyyəsindəyik. Seçkilərin demokratik, şəffaf keçirilməsinin əsas tələbi müşahidəçilərin iştirakı və media nümayəndələrinə verilən sərbəstlik ilə ölçülür. Hər iki şərt Azərbaycanda təmin edilir. 18 yaşı tamam olan istənilən şəxs müraciət edəndə rədd cavabı almadan müşahidə apara bilər. Məhz bu seçkilərdə 70 625 nəfər yerli müşahidəçi olacaq. Azərbaycan yeganə ölkədir ki, media nümayəndələri heç bir quruma müraciət etmədən seçkini işıqlandıra bilər".

“Bundan başqa, veb-kamera təcrübəsindən istifadə edilir və 1000 məntəqədə veb-kamera quraşdırılıb. Heç bir beynəlxalq müşahidə missiyası heç vaxt 1000 məntəqədə əvvəldən axıra müşahidə apara bilməz. Beynəlxalq müşahidəçilər olduğu məntəqələrdə də əvvəldən axıra müşahidə apara bilmirlər, fərqli məntəqələrdə olurlar”, - MSK sədri əlavə edib.

Onun sözlərinə görə, imza vərəqələrini qaytaran 16 294 namizəddən 16 238 nəfərin namizədliyi qeydə alınıb: “İmza vərəqələrini qaytaranların 99,7%-i qeydə alınıb. Bu, çox böyük rəqəmdir. Sonrakı proseslərdə bəziləri namizədliyini geri götürüb və yekunda 16 092 nəfər namizəd kimi qeydə alınıb və onların adı seçki bülletenlərinə daxil edilib. Namizədlərin yarıdan çoxu siyasi partiyaların nümayəndələridir. Seçki bülleteninə daxil olan namizədlərdən 8 424 nəfəri siyasi partiya nümayəndəsidir. Ümumilikdə qeydə alınanların 31%-dən çoxu qadınlardır. Bu, sevindirici haldır. Namizədlərin 82%-i isə ali təhsillidir. Eyni zamanda, namizədlərin təxminən 41%-i 21-35 yaş aralığındadır”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş