Saatlıda qanunsuz ov edən şəxs saxlanılıb

Xəbərlər

22.01.2022 - 19:31

Həkimlər Klinikalar SEO Xidməti

Bir ədəd “Toz” markalı ov tüfəngi götürülüb

Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı qanunsuz ov edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şirvan regional qrupundan AYNA-ya verilən məlumata görə, rayonun Çolpu kənd sakini T.Əliyevdən bir ədəd “Toz” markalı ov tüfəngi və qanunsuz olaraq ovladığı bir ədəd dovşan aşkarlanaraq götürülüb.

Faktla bağlı araşdırmalar aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş