Onun avtomobilindən müxtəlif növ pirotexniki və tezalışan vasitələr aşkarlanaraq götürülüb
Saatlı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə gizli şəkildə pirotexniki vasitələrin satışını təşkil edən K.Aliyev saxlanılıb. AYNA.AZ xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən (DİN) bildirilib.
Qeyd olunub ki, həmin şəxsin idarə etdiyi avtomobildən müxtəlif növ pirotexniki və tezalışan vasitələr aşkarlanaraq götürülüb.
Şöbə əməkdaşları tərəfindən adıçəkilən şəxslər barəsində protokol tərtib edilib və baxılması üçün məhkəməyə göndərilib.
Bu istiqamətdə tədbirlər davam etdirilir.