Saatlıda 64 yaşlı kişi intihar edib

Hadisə

12.03.2024 - 15:37

Məzahir Kazımovyaşadığı evin həyətində özünü asıb

Saatlıda intihar hadisəsi baş verib. AYNA-nın APA-ya istinadən məlumatına görə, Saatlı rayonunun Dədə Qorqud kənd sakini, 1960-cı il təvəllüdlü Kazımov Məzahir Qaraxan oğlu yaşadığı evin həyətində özünü asaraq intihar edib.

Faktla bağlı Saatlı prokurorluğu tərəfindən araşdırma aparılır.

Müəllif: Ayna.az