Saakaşvilidən gürcülərə müraciət: “İndi mən hər gün əzab çəkirəm”

Dünya

19.01.2024 - 15:16

cedabet dərman SEO Xidməti

“Putin məni təkcə Gürcüstanı təslim etmədiyinə görə deyil, həm də Odessa bölgəsini onun caynağından qopardığım üçün həbs etdirib”

Gürcüstanın sabiq Prezidenti Mixail Saakaşvili gürcüləri onu həbsdən azad etməyə çağıran müraciət dərc edib.

AYNA xəbər verir ki, bundan əvvəl Avropa Şurasının İşgəncələrin Qarşısının Alınması Komitəsi gürcü məhbuslara, o cümlədən Saakaşviliyə tibbi xidmət göstərən Tbilisi “Vivamed” klinikasında vəziyyətlə bağlı tənqidi fikirlər dərc edib.

“Bütün dünya bilir ki, mən siyasi məhbusam. Mən əvvəldən axıra qədər qondarma ittihamlarla mühakimə olunmuşam və mühakimə olunuram. Mən ölkəmiz üçün xeyirdən başqa heç nə etməmişəm. Ona görə mühakimə olunuram ki, Gürcüstanı bütün dünyaya tanıtmışam, ölkəni cinayət, yoxsulluq bataqlığından çıxarmışam, onu maarifləndirmişəm, dövlət qurmuşam. Məni 2008-ci ildə qaçmadığıma, dövləti qoruduğuma görə qınayırlar. İndi mən hər gün əzab çəkirəm, çünki xalqımızı hədsiz dərəcədə sevirəm və onlara kömək etmək istəyirəm”, - Saakaşvili müraciətində vurğulayıb.

Sabiq Prezident iddia edib ki, Rusiya Prezidenti Vladimir Putin onu təkcə Gürcüstanı təslim etmədiyinə görə deyil, həm də ən kritik dövrdə Odessa bölgəsini onun caynağından qopardığı üçün həbs etdirib: “Gürcüstan və Ukraynada uğur hekayələri yaratdığım üçün həbs olundum. Mən əsas regional liderlərdən biri və azad dünyanın lideri Zelenskinin müttəfiqi olduğum üçün həbs olundum”.

“Gürcü xalqı özünü azad etməlidir, məni də azad etməlidir. Məni indi azad edilməliyəm ki, daha effektiv kömək edə bilim. Əsirlikdə olmağımdan asılı olmayaraq, Gürcüstan və Ukraynanın tam qələbəsinə qədər sona qədər mübarizə aparacam”, - Saakaşvili müraciətində vurğulayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş