Sabiq Prezident cəzasını "standart qaydada" çəkməyə davam edir
Gürcüstanın keçmiş Prezidenti Mixail Saakaşvili Rustavidəki həbsxanaya qaytarılıb. AYNA.AZ gürcü mediasına istinadən bildirir ki, bu barədə Gürcüstan Penitensiar Xidmətindən məlumat verilib.
Qeyd edilib ki, siyasətçi cəzasını "standart qaydada" çəkməyə davam edir.
Qeyd edək ki, Saakaşvili 2022-ci ilin may ayından bəri xəstəxanada yatırdı.
"Exo Kavkaza"nın məlumatına görə, Gürcüstan hakimiyyəti Saakaşvilinin səhhətini "qənaətbəxş" sayır və artıq stasionar müalicəyə ehtiyacı olmadığını iddia edir.
Saakaşvili bir neçə cinayət ittihamı ilə məhkum edilib və cəzasını 2034-cü ilin aprelinə qədər çəkməlidir. Lakin 6 noyabrda Gürcüstan Prokurorluğu ona qarşı yeni bir iş açıldığını elan edib.
Keçmiş Prezidentin tərəfdarları onun təqibini siyasi motivli adlandırırlar və insan haqları təşkilatları və Qərb siyasətçiləri onun azadlığa buraxılmasını tələb edirlər.