Ruslan Xasbulatov vəfat edib

Dünya

03.01.2023 - 23:50

Həkimlər Klinikalar SEO Xidməti

RSFSR-nın Ali Sovetinin sonuncu sədri vətəni Çeçenistanda dəfn ediləcək

Rusiya Sovet Federativ Sosialist Respublikasının Ali Sovetinin sonuncu sədri Ruslan Xasbulatov 80 yaşında vəfat edib. AYNA bildirir ki, bu barədə “Kommersant” məlumat yayıb.

Məlumatda qeyd olunub ki, Xasbulatov Moskva yaxınlığındakı bağ evində dünyasını dəyişib.

Nəşrin məlumatına görə, Xasbulatov Moskva vaxtı ilə saat 19:00 radələrində dünyasını dəyişib.

“RİA Novosti” isə xəbər verir ki, o, vətəni Çeçenistanda dəfn ediləcək.

Xasbulatov 1990-cı ilin martında RSFSR xalq deputatı seçilib. Həmin il iyunun 5-də o, RSFSR Ali Soveti sədrinin birinci müavini, həmin il iyunun 10-da isə Ali Sovetinin sədri seçilib. 1991-ci ilin oktyabr ayınadək bu vəzifədə çalışıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş