Rusiyaya qarşı doqquzuncu sanksiya paketi

Dünya

24.11.2022 - 17:52

Avropa İttifaqı yeni sanksiyalar üzərində işləyir

Avropa İttifaqı (Aİ) Ukrayna münaqişəsi səbəbindən Rusiyaya qarşı doqquzuncu sanksiya paketi üzərində işləyir. AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen deyib.

“Bu gün doqquzuncu sanksiyalar paketi üzərində işlədiyimizi elan edə bilərəm. Aİ Rusiya iqtisadiyyatını zəiflətməyə çalışır və bu, Ukrayna qalib gələnədək davam edəcək”, - deyə Leyen bildirib.

Xatırladaq ki, Rusiyanın Ukraynaya hərbi təcavüzü başlayandan bəri Aİ bu ölkəyə qarşı səkkiz sanksiya paketi tətbiq edib.

Müəllif: Ayna.az