Rusiyanın Baş naziri Şəhidlər Xiyabanını ziyarət edib

Xəbərlər

06.03.2024 - 13:08

cedabet dərman SEO Xidməti

Mixail Mişustin “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub

Azərbaycanda səfərdə olan Rusiya Hökumətinin sədri Mixail Mişustin martın 6-da Şəhidlər Xiyabanını ziyarət edib.

AYNA xəbər verir ki, M.Mişustin Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsinə ehtiramını bildirib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

Sonra Bakının ən hündür nöqtəsindən paytaxtımızın mənzərəsini seyr edən qonağa Şəhidlər xiyabanının tarixi və şəhərdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş