Sergey Lavrov: “Məsələ hələlik müzakirə olunmur”
“Rusiyanın Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatından (ATƏT) çıxması məsələsi hələlik müzakirə olunmur”. AYNA rus mediasına istinadən bildirir ki, bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
Rusiya XİN rəhbəri bunu Dövlət Dumasında keçirilən “hökumət saatı”nda bildirib ki, məsələ gündəmdədir: “Müttəfiqlərimizin bizi təqib edib-etməyəcəyi başqa sualdır və burada təbii ki, onların mövqeyi tam nəzərə alınmalıdır”.
Lavrov həmçinin qeyd edib ki, Qərbin Rusiyanı təcrid etmək cəhdləri iflasa uğrayıb.
Bundan əvvəl ATƏT sədri və Maltanın xarici işlər naziri Yan Borq Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb və təşkilatın Ukraynaya dəstəyini davam etdirəcəyini bildirib.
Rusiyanın ATƏT-dəki daimi nümayəndəsinin müavini Aleksandr Volqarev öz növbəsində bildirib ki, ATƏT Ukrayna Silahlı Qüvvələrinin “Rusiyanın mülki əhalisinə qarşı cinayətlərini ört-basdır etməyə üstünlük verir”. O əlavə edib ki, ATƏT rəhbərliyinin “bu faciələrə tamamilə məhəl qoymamaq kursu tamamilə çaşdırıcıdır”.