Rusiyadan təxliyyə edilən vətəndaşlarla görüşlər keçirilib

Xəbərlər

28.08.2020 - 15:59

cedabet dərman SEO Xidməti

Ailələrinin mövcud sosial vəziyyətləri öyrənilib

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları koronavirus pandemiyası ilə əlaqədar Rusiyadan təxliyyə edilərək, vətənə qayıdan Azərbaycan vətəndaşları ilə görüşlər keçiriblər. Nazirlikdən AYNA-ya verilən məlumata görə, həmin vətəndaşların, eləcə də, ailələrinin mövcud sosial vəziyyətləri öyrənilib.

 

Onların qarşılaşdıqları və nazirliyin səlahiyyət dairəsinə aid məsələlərin qeydiyyatı aparılıb.

 

Bu məsələlərin (o cümlədən, əlilliyin təyinatı, pensiya təminatı və s.) həllində qanunvericilik çərçivəsində onlara və ailələrinə ehtiyac duyduqları sosial dəstəyin göstəriləcəyi bildirilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş