Rusiyada təyyarə qəzaya uğrayıb, pilot ölüb

Dünya

14.09.2024 - 15:21

Həkimlər Klinikalar SEO Xidməti

Qəzaya uğrayan təyyarənin özəl təyyarə olduğu bildirilir

Rusiyanın Altay bölgəsində yüngül motorlu təyyarənin qəzaya uğraması nəticəsində pilot həlak olub.

AYNA Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin region üzrə Baş İdarəsi məlumat yayıb.

İlkin məlumata görə, təyyarə özəl olub.

Hadisə yerinə təcili yardım, yanğınsöndürmə və digər qurumların əməkdaşları cəlb olunub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş