Rusiyada “omicron”u aşkarlamaq üçün test sistemi qeydiyyata alınıb

Dünya

12.01.2022 - 08:29

Rusiyada “omicron” ştammının aşkarlanması üçün test sistemi qeydiyyata alınıb.

Bu barədə AYNA Rusiya Federal Tibbi və Bioloji Agentliyinə istinadən xəbər verir.

Məlumatda qeyd olunub ki, Rusiyada COVID-19-un “omicron” ştammının aşkarlanması üçün ilk test sistemi qeydiyyata alınıb.

Bildirilib ki, test sistemi yüksək həssaslıqla “omicron” və “delta” variantlarını aşkarlamağa, eləcə də onları bir saat yarım ərzində fərqləndirməyə imkan verir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş